Mingəçevirdə 6 yaşlı qız qaynar çaydanı üzərinə aşırıb.
BAKU.NEWS-un APA-ya istinadən məlumatına görə, hadisə Əkinçi küçəsində yerləşən fərdi təsərrüfatlardan birində baş verib.
2015-ci il təvəllüdlü şəhər sakini Abdullayeva Türkay Elvin qızı qaz sobası üzərində dayanan qaynar suyu dağıdıb. Çoxsaylı yanıq xəsarətləri alan körpə xəstəxanaya yerləşdirilib.


