Alpaqutlar Göygöldə keçirilən Milli Yaylaq Festivalı çərçivəsində gənclər və idman naziri Fərid Qayıbovla görüşüblər.
Redaksiya məlumat verir ki, görüş zamanı Alpaqutlarla nazir arasında səmimi söhbət olub. Fərid Qayıbovun onlara göstərdiyi münasibət festival iştirakçılarının xüsusi diqqətini çəkib.

Milli Yaylaq Festivalı Göygöldə 24–26 iyul tarixlərində keçirilir. Tədbir çərçivəsində milli idman növləri, mədəniyyət nümunələri və müxtəlif əyləncə proqramları təqdim olunur.


