Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) tərəfindən Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasında (AFBİA) görüş keçirilib. Görüş MDM-in İnkişaf Strategiyası çərçivəsində MDM tərəfindən nəzərdə tutulan maliyyə xidmətlərinin göstərilməsinə dair təqdimatın keçirilməsinə həsr olunub.
Tədbir zamanı mərkəzi depozitar tərəfindən maliyyə xidmətlərinin göstərilməsi ilə bağlı formalaşdırılacaq yeni modelinin ilkin layihəsi təqdim edilmiş və AFBİA üzvləri ilə ətraflı müzakirələr aparılıb. Görüşdə fond bazarı iştirakçıları tərəfindən verilən təklif və rəylər dinlənilmiş, interaktiv fikir mübadiləsi həyata keçirilib.
Bu, MDM-in qiymətli kağızlar bazarının inkişafı və fond bazarı iştirakçıları ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində keçirilən növbəti tədbirdir.
TREND
- Prezidentdən Valeh Ələsgərovla bağlı – Sərəncam
- Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb
- Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
- Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq
- Bakıdan Türkmənistana narkotik aparan dənizçi tutuldu: “Mirvari” gəmisində ƏMƏLİYYAT
- Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı
- Bakıda keçirilən NATO təlimi başa çatıb
- Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? – Siyahı


