“PAŞA Holding”in Baş icraçı direktoru Cəlal Qasımov Mentorluq Proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri Məmməd Balacanov və Əli Kərimli ilə növbəti görüş keçirib.
Görüşdə qaliblərin peşəkar fəaliyyəti, karyera hədəfləri və fərdi inkişaf istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Cəlal Qasımov idarəetmə təcrübəsini bölüşərək idarəçilik bacarıqlarının inkişafı, strateji düşüncə və düzgün qərarvermənin peşəkar uğurdakı roluna toxunub.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqənin qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf proqramı çərçivəsində mentorluq dəstəyi almaq və özünüinkişaf məqsədilə 20 min manat məbləğində pul mükafatı əldə etmək imkanı qazanırlar.
Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.
TREND
- Cəlal Qasımov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
- “Bizim öz yolumuz var”
- Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib
- Vyanada Nizami Gəncəviyə həsr olunmuş Azərbaycan filmi nümayiş etdirilib
- Ramiz Mehdiyev YAP-dan çıxarıldı
- Taleh Kazımov “Global Finance” jurnalına müsahibə verib
- “Azərpoçt”dan ASCO-ya gedənlər – SİYAHI
- Azərbaycan İraqdan “Aİ-92” markalı benzin tədarük etməyə başlayıb


