Milli Məclisin deputatı Jalə Əhmədova əməkdar mədəniyyət işçisi Yavər Qəhrəman oğlu Cəbrayılovun vəfatı ilə bağlı başsağlığı verib.
Başsağlığında deyilir:
“Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
Uzun illər Salyan rayon Mədəniyyət şöbəsinə və Salyan Dövlət Kukla Teatrına rəhbərlik etmiş Əməkdar mədəniyyət işçisi, “Tərəqqi” medalı ilə təltif edilmiş, “Cəngi” Milli Nəfəsli Xalq Kollektivinin yaradıcılarından biri olan Yavər Qəhrəman oğlu Cəbrayılov 74 yaşında vəfat edib.
Yavər müəllimin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan səbr diləyirəm”.
Allah rəhmət eləsin!


