Prezidentin köməkçisi Şahmar Mövsümov pandemiya dövründə metronun fəaliyyətinə nə vaxt icazə verilə biləcəyi haqda jurnalistlərin sualını cavablandırıb.
BAKU.NEWS-un verdiyi xəbərə görə, Ş. Mövsümov bildirib ki, növbəti yumşalmalar zamanı buna baxıla bilər: “Buna da yoluxma statistikasına uyğun olaraq baxılacaq. Metroda hərəkət ictimai aktivliyi artırır, insanlar arasında ünsiyyət intensivləşir”.


