Bu gün Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Şuranın Media ilə dövlət qurumları arasında kommunikasiya üzrə Daimi Komissiyasının sədri, “Modern” Media Qrupunun rəhbəri Elşad Eyvazlının yubiley yaşı tamam olur.
BAKU.NEWS xəbər verir ki, bu münasibətlə Mətbuat Şurası Elşad Eyvazlını təbrik edib.
Təbrikdə deyilir:
“Həmkarımız ömrünün 51-ci ilinə qədəm qoyur. Bu münasibətlə onu təbrik edirik. E.Eyvazlı müasir dövr Azərbaycan jurnalistikasının zəhmətsevər nümayəndələrindəndir. Ömrünün ötən 50 ili bu baxımdan çoxsaylı xatirələrlə doludur. Bu xatirələrdə çətinliklərə sinə gərmək də var, peşəkar jurnalistika yollarında inamla addımlamaq da, təşkilatçı və təşəbbüskar rəhbər olaraq çoxsaylı uğurlar qazanmaq da.
E.Eyvazlını bir daha təbrik edir, ona uzun, mənalı və bol-bol müvəffəqiyyətlərlə dolu, daha zəngin ömür yolu arzulayırıq”.
BAKU.NEWS kollektivi olaraq Elşad Eyvazlını təbrik edir yeni yaradıcılıq uğurları arzulayırıq!


