Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun təşkilatçılığı və “Kişilər Gender Bərabərliyi Uğrunda – Men For Gender Equality” virtual platformasının dəstəyi ilə 22 iyul 2023-cü il saat 15:00-da “Çinar Kitab Evi”nin seminar zalında “Məşiət zorakılığının qarşısının alınmasında qadın rolu” mövzusunda seminar keçirilib.
Seminarın əsas məqsədi kişilərin cəlbi və iştirakçılığı ilə cəmiyyətdə qız uşaqlarının dəyərinin təşviq edilməsi və onların öz potensiallarını reallaşdıra bilməsi üçün bərabər imkanların əhəmiyyətini təbliğ etməkdir.
Seminar zamanı ekspertlər – dinşünas Fərid Abdullah və vəkil Sevinc Əliyeva məşiət zorakılığına məruz qalan qadınlardan, bunun qarşısının alınmasında qadınların rolundan və problemdən çıxış yollarından bəhs ediblər.
Məlumat üçün bildirək ki, seminar Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən həyata keçirilən “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində “Kişilər Gender Bərabərliyi Uğrunda – Men For Gender Equality” virtual platformasının dəstəyi ilə baş tutur.




















