Azərbaycan Respublikasının Mərkəzi Bankında İstehlakçılarla iş departamentinə yeni direktor təyin olunub.
BAKU.NEWS bildirir ki, Marja.az-ın əldə etdiyi məlumata görə, Murad Məmmədov İstehlakçılarla iş departamentinin direktoru vəzifəsinə təsdiq olunub.
Murad Məmmədov 2020-ci ilin Yanvar ayından Mərkəzi Bankda çalışır. O, yeni təyinatdan öncə İstehlakçılarla iş departamentinin direktor müavini vəzifəsində çalışırdı.


