Meksikanın Oaxaka ştatının San-Pedro Hamelula şəhərinin meri Viktor Hüqo Sosa xalqına uğurlar gətirmək üçün timsahla evlənib.
BAKU.NEWS oxu.az-a istinadla bildirir ki, Hüqo Sosa ənənəvi ritualın bir hissəsi olaraq dişi timsahla ailə qurub. Belə bir “evlilik” ilə sakinlər tanrıların anlara yağış, bol məhsul, sülh və əmin-amanlıq gətirəcəklərinə inanırlar.
Vəhşi heyvana Alisiya Adriana adı verilib. Mərasim zamanı timsahın ağzı kəndirlə bağlanıb.


