Respublika Perinatal Mərkəzindəki yanğında 7 körpənin ölməsi ilə bağlı məhkəmə istintaqı başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, bugünkü prosesdə çıxışlar mərhələsinə başlanılıb.
Prokuror müttəhimlərin verilmiş ittihamlarla təqsirli bilinmələrini, Mehriban Abasquliyevanın 8, Elnur Əhmədli və Hamlet Mustafayevin 7 il azadlıqdan məhrum edilməsini, üçünün də məhkəmə zalında həbs edilməsini tələb edib.
Vəkillərə müdafiə çıxışlarına hazırlanmaları üçün vaxt verilib.
Xatırladaq ki, hadisə ötən ilin yanvarında baş verib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham verilib.
TREND
- Polkovnik Əflatun Məmmədov rüşvətə görə həbs edildi
- Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır
- General Nizami Məmmədov haqda – Yekun qərar verildi
- Prezident mühüm fərman İMZALADI
- Nazirdən 1 ildir pulunu ala bilməyən pambıqçılarla bağlı – AÇIQLAMA
- Tamam Bayatlı BP-dən getdi
- İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
- Mikayıl Cabbarov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb


