“Türkiyə Cumhuriyyətində səfər zamanı, mediasiya sahəsində qardaş ölkənin 10 illik təcrübəsi nəzərə alınaraq, ölkəmizin mediatorlarının təcrübə mübadiləsinin önəmli olduğu nəticəsinə gəldik. Türkiyə Cumhuriyyətindəki tərəfdaşlarımızın da dəstəyi ilə növbəti ildən bu sahədə geniş bir proqram həyata keçirməyi düşünürük”.
BunuBAKU.NEWS-a açıqlamasında Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov deyib.
Onun sözlərinə görə, Türkiyə Cumhuriyyətinə səfərimizlə bağlı 2024-cü ildə mediatorlarımızın 8 və ya 10 nəfərlik kiçik heyətllərlə və növbəli şəkildə Türkiyəyə 4 günlük olmaqla səfərləri 2024 – cü ilin ilk aylarından təşkil olunması planlaşdırılır. Eyni zamanda Türkiyə Universitetləri və mediasiya təlim mərkəzləri ilə birgə mediatorlarımız üçün onlayn formada sertifikat proqramları ödənişsiz əsaslarla həyata keçirilməsini də nəzərdə tutmuşuq.
N.Adilov qeyd edib ki, həyata keçiriləcək fəaliyyət proqramı çox genişdir və bu proqram tərəflər arasında razılaşdırılmaqla qəbul və icra ediləcək.
C.Quliyev


