Azərbaycan Medianın İnkişafı Agentliyinin (MEDİA) rəhbərliyi və kollektivi tanınmış jurnalist Araz Zeynalovun ailə üzvləri ilə görüşüb, onun səhhəti ilə maraqlanıb.
Bu barədə BAKU.NEWS-a MEDİA-dan bildirilib.
Qeyd edək ki, böyük jurnalistika təcrübəsinə malik, ömrünü peşəsinə sərf etmiş Araz Zeynalovun səhhətində ciddi problem yaranıb. Jurnalist kardioloji xəstəlikdən əziyyət çəkir.



