Medianın İnkişafı Agentliyi tanınmış teleoperator Tural Qasımovun vəfatı ilə bağlı başsağlığı verib.
BAKU.NEWS xəbər verir ki, başsağlığında deyilir:
“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış teleoperator Tural Qasımovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin”!
Qeyd edək ki, Tural Qasımov uzun illər müxtəlif telekanallarda operator vəzifəsində çalışıb. O, tanınmış yazıçı, jurnalist İlqar Əlfioğlunun övladıdır.



