Malayziyanın xarici işlər naziri Zambri Abdul Kadir Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun xarici işlər nazirləri səviyyəsində iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Bakıvaxtı.az xəbər verir ki, Zambri Abdul Kadir “Qoşulmama Hərəkatı: yeni çağırışlara qarşı mübarizədə birlik və sarsılmazlıq” mövzusunda bəyanatla çıxış edəcək.
Qeyd edək ki, 5-6 iyul tarixlərində Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində görüşü keçiriləcək.
C.Quliyev


