Qubada ruhi xəstə olduğu bildirilən kişi çöldə ölü tapılıb.
BAKU.NEWS xəbər verir ki, hadisə rayonun Püstəqasım kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Zakir Cabir oğlu Hacəliyev ötən gün çöllük ərazidəki mal-qaranı gətirmək üçün evdən çıxıb və geri qayıtmayıb.
Narahat olan ailə üzvləri onu axtararkən çöldə ölmüş vəziyyətdə tapıblar.
Qeyd edək ki, yaxınlarının sözlərinə görə, Z.Hacəliyev ailəlidir, ruhi xəstəlikdən əziyyət çəkib.
Faktla bağlı araşdırma aparılır.


