Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə görüşə hazırlaşır.
BAKU.NEWS xəbər verir ki, bu barədə Lukaşenkonun mətbuat katibi Natalya Eysmont “RİA Novosti”yə bildirib.
“Belarus və Rusiya prezidentlərinin görüşü hazırlanır”, – deyə Eysmont bildirib.
Xatırladaq ki, Lukaşenko daha əvvəl Putinlə görüşün aprelin 22-də Moskvada planlaşdırıldığını açıqlamışdı.


