“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi fəaliyyətini genişləndirməkdə davam edir.
Bu barədə BAKU.NEWS-a məlumat verən “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri Təranə Paşayeva bildirib ki, may ayının 6-da LOQOS-un Quba filialının açılışı olacaq. Açılışda ziyarətçilər özəl endirimli qiymətlər və ödənişsiz konsultasiyalardan yararlana biləcəklər.
Qeyd edək ki, 2014-cü ildən etibarən fəaliyyətə başlayan “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi bütün yaş qrupları üzrə psixo-pedaqogika, loqopediya, psixologiya, duyu bütünləmə və müalicəvi idman sahəsində bütün növ korreksiyaları həyata keçirir.
Peşəkar mütəxəssis heyəti ilə Gəncə, Bərdə, Lənkəran və Xaçmaz rayonlarında, eləcədə Azadlıq, Gənclik, Xalqlar dostluğu, Yeni Yasamal və Xırladan filiallarında fəaliyyət göstərir.
Ülviyyə Abdullayeva



