Fevralın 2-də Lənkəran şəhərində “Gənclər Paytaxtı” layihəsinin açılış mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
“Gənclər Paytaxtı” layihəsinin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov çıxış ediblər.
Gənclər və idman naziri “Gənclər Paytaxtı”nın rəmzi açarını Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına təqdim edib.
Sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2024-cü ildə Prezident mükafatlarına layiq görülmüş gənclər təbrik olunub.
Daha sonra lənkəranlı gənclər tərəfindən hazırlanan videoçarx nümayiş etdirilib.
Tədbir gənc musiqiçilərin ifasında bədii hissə ilə davam edib.


