Qubada ötən gün axşam saatlarında başlayan külək səhər saatlarında güclənib.
BAKU.NEWS Baku TV-yə istinadən xəbər verir ki, külək rayonun Qımılqazma kəndində Qəribovlar ailəsinin yaşadığı evin dam örtüyünü uçurub.
Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Külək həmçinin qonşu kəndlərdə ağacları qırıb.
Baku TV-nin küləyin yaratdığı fəsadlarla bağlı hazırladığı süjeti təqdim edirik:


