Koronavirusa (COVID-19) yoluxan mədəniyyət naziri Anar Kərimovun vəziyyəti açıqlanıb.
BAKU.NEWS bildirir ki, Mədəniyyət Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, nazirin karantin müddəti davam edir.
“Anar Kərimovun səhhəti yaxşıdır və sağalmağa doğru müsbət dəyişikliklər var”, – nazirlikdən qeyd olunub.
Xatırladaq ki, mədəniyyət naziri aprelin 16-dan müalicə olunur.


