“Rospotrebnadzor” rəhbəri Anna Popova bildirib ki, COVID-19 pandemiyası ilə əlaqədar bütün ölkədə kütləvi tədbirlər ləğv edilib. Onun sözlərinə görə, bu cür tədbirlər yalnız epidemioloji prosesin tendensiyasından asılı olaraq baş dövlət sanitar həkiminin fərmanına əsasən aparılır.
BAKU.NEWS bu barədə “RİA Novosti”yə istinadən məlumat yayıb.
“Kütləvi tədbirlər bütün ölkədə dayandırılıb. Bunlar yalnız epidemioloji prosesin tendensiyasından asılı olaraq baş dövlət sanitar həkimin qərarına uyğun olaraq həyata keçirilir”, o bildirib.
Rusiyada son sutkada 25.781 koronavirusa yoluxma aşkarlanıb.


