“Sözsüz ki, hazırkı vəziyyətə görə məsuliyyəti Ermənistanın Baş naziri daşıyır”.
BAKU.NEWS erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Koçaryan müsahibəsində bildirib.
“Bunun üçün şəxsən o özü məsuliyyət daşıyır. Mən izah edə bilərəm… Bizim artıq Azərbaycanla Dağlıq Qarabağ məsələsinə görə uzun illərdir münaqişəmiz var idi. Bu münaqişə 1988-ci ildən başlayıb. Hansısa həlli nəzərdə tutan danışıqlar prosesi var idi. Ancaq son illər səlahiyyətlilər danışıqlar prosesini çıxılmaz vəziyyətə gətirdilər. Danışıqlar bitən yerdə isə müharibə başlayır”, – deyə Koçaryan müsahibəsində qeyd edib.
Koçaryan bildirib ki, hazırkı hakimiyyət məsuliyyətli və bir qədər mürəkkəb danışıqlardan yayınmaq üçün müharibəyə yol açıb.


