Ukraynanın yenidən danışıqlar masasına oturmağa hazır olduğu şərtlərin siyahısını təqdim edərək, danışıqların bərpası ilə bağlı Kremlin bəyanatlarına cavab verib.
BAKU.NEWS xəbər verir ki, bunu Ukraynanın Prezident Ofisinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.
“Atəşkəs, Z-qoşunların çıxarılması, Qaçırılan vətəndaşların geri qaytarılması, Hərbi cinayətkarların ekstradisiyası, Təzminat mexanizmi, Ukraynanın suveren hüquqlarının tanınması. Rusiya tərəfi bizim şərtlərimizi yaxşı bilir. Peskovun rəhbəri narahat olmaya bilər: vaxt gələcək və biz onları qeyd edəcəyik”, – deyə M.Podolyak qeyd edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl demişdi ki, Ukrayna “Rusiyanın şərtlərini anlamalı, onlarla razılaşmalı, danışıqlar masası arxasına oturmalı və sənəd imzalamalıdır”.


