Dağlıq Qarabağdakı separatçıların lideri Araik Arutunyan Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilib.
Bu barədə BAKU.NEWS “Clash Report”a istinadən xəbər verir.
“Clash Report”-un məlumatına görə, A.Arutunyan Azərbaycan Ordusu tərəfindən məhv edilən hərbi avtomobil karvanında olub.
A.Arutunyanın mətbuat katibi Vaqram Poqosyan isə bu dəqiqələrdə açıqlama yayıb. O deyib ki, Arutunyanın ölüm xəbəri yalandır.
Haqqında yayılan ölüm xəbəri və bu açıqlamaya baxmayaraq, qondarma “prezident” hələ də ortaya çıxmayıb.
BAKU.NEWS qeyd edir ki, qondarma “dqr”in müdafiə naziri adlandırılan Camal Arutyunyan məhv ediləndə də ermənilər bu cür inkar taktikası seçmişdi.


