KOB dostları KOBİA-nın yerlərdəki nümayəndələridir. KOB dostları fəaliyyət göstərdikləri ərazilərdə sahibkarların biznes təşəbbüslərinin reallaşdırılmasına, sahibkar maraqlarının müdafiəsinə, yeni KOB subyektlərinin yaradılmasına və inkişafına, sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırmaya, dövlət qurumları ilə əlaqələndirməyə dəstək göstərir.
KOB-lar sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar yaşadıqları ərazi və ya coğrafi baxımdan onlara ən yaxın KOB dostu ofislərinə müraciət edə bilərlər. KOB dostu ofislərinin ünvanları və əlaqə vasitələri KOBİA-nın www.smb.gov.az saytında yerləşdirilib.


