Sabah Azərbaycan Taekvondo Federasiyasında yeni prezident seçiləcək.
BAKU.NEWS oxu.az-a istiandla bildirir ki, ənənəvi olaraq tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutacaq.
Qeyd edək ki, Azərbaycan Taekvondo Federasiyasının hazırkı prezidenti fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. O, 1999-cu ildən bu federasiyanın prezidentidir. Ümumdünya Taekvondo Federasiyasının da vitse-prezidenti olan nazir həm də Boks Federasiyasının prezidenti olduğundan, o bu vəzifəsini təhvil verəcək.

