Gənclər və idman nazirinin keçmiş müavini İntiqam Babayev yeni vəzifəyə təyin edilib.
BAKU.NEWS Oxu.az-a istinadla bildirir ki, İntiqam Babayev Nazirlər Kabinetində sektor müdiri vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, ötən ilin noyabr ayında Azərbaycan Respublikasının gənclər və idman nazirinin iki müavini – İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılov vəzifələrindən azad olunublar.


