“MFX-Trading İnvestisiya Şirkəti” ASC-nin 2026-cı ilin yanvar-oktyabr aylarında Bakı Fond Birjasında (BFB) dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 60,6% azalıb.
Şirkətin 10 aylıq birja dövriyyəsi 71 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövründə bu göstərici 180,3 milyon manat olub.
Beləliklə, “MFX Trading”in birja dövriyyəsi illik müqayisədə 109,3 milyon manat və ya 2,5 dəfə azalıb.
Azalmanın əsas səbəbi repo əməliyyatlarının həcminin 91,1 milyon manatdan 32,7 milyon manata enməsidir. Bu istiqamətdə dövriyyə 58,4 milyon manat və ya 64,1% azalıb.
Dövlət istiqrazları üzrə əməliyyatlarda da ciddi geriləmə qeydə alınıb. Ötən ilin ilk 10 ayında bu istiqamətdə 32,7 milyon manatlıq dövriyyə olduğu halda, 2026-cı ilin eyni dövründə əməliyyat aparılmayıb.
Azərbaycan Mərkəzi Bankının qiymətli kağızları üzrə dövriyyə isə 55,7 milyon manatdan 28,3 milyon manata düşüb. Bu istiqamətdə azalma 27,4 milyon manat və ya 49,2% təşkil edib.
Bunun əksinə, korporativ istiqrazlar üzrə dövriyyə 774,8 min manatdan 10 milyon manata yüksələrək təxminən 12,9 dəfə artıb. Lakin bu artım digər istiqamətlərdəki azalmanı kompensasiya etməyib.
Hesabat dövründə şirkətin bağladığı əqdlərin sayı 68-dən 60-a enərək 11,8% azalıb. Bir əqdə düşən orta dövriyyə isə 2,65 milyon manatdan 1,18 milyon manata düşüb.
Qeyd edək ki, “MFX-Trading İnvestisiya Şirkəti” ASC 2020-ci ildə yaradılıb və həmin il oktyabrın 19-da Azərbaycan Mərkəzi Bankından investisiya fəaliyyəti üçün lisenziya alıb. Şirkətin nizamnamə kapitalı 1,11 milyon manatdır. Səhmlərinin 100%-i Samir Əlövsət oğlu Xəlilova məxsusdur. O, 2024-cü ildə şirkətin yeganə səhmdarı olub. Bundan əvvəl səhmdarlar Anar Nəbiyev (40%), Cəmşid Novruzov (34%) və Zərifə Həsənova (26%) idi.
Plat


