Martın 7-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində xüsusi musiqi axşamı keçiriləcək.
Bu barədə Mədəniyyət Mərkəzindən məlumat verilib.
Belə ki, 8 Mart Beynəlxalq Qadınlar Bayramı öncəsi romantik dövrün böyük bəstəkarı İohannes Bramsın musiqisi simli kvartetin canlı ifasında səslənəcək. Şamların yumşaq işığı, canlı musiqi və Kapellhaus-un zərif atmosferi bu konserti yadda qalan və təsirli bir axşama çevirəcək.
MƏKAN: Kapellhaus
TARIX VƏ VAXT: 07 Mart | 20:00
BILETLƏR: WhatsApp vasitəsilə rezervasiya edə bilərsiniz
+994 55 493 80 41


