Uzun illərdir “Space” TV-də icraçı direktor vəzifəsində çalışan Kamil Şahverdiyev işdən çıxarılıb.
BAKU.NEWS “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, bu gün kollektivlə vidalaşıb.
Qeyd edək ki, Kamil Şahverdiyev Rəşid Behbudov Fondunun direktorudur.
Xatırladaq ki, “Space” teleradio şirkətinə ötən ay yeni rəhbər təyin olunub. Bu vəzifəyə Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov təyinat alıb.


