Kamal Rəhimov — uzunillik peşəkar təcrübəyə malik, pediatriya sahəsində fəaliyyət göstərən ali dərəcəli həkimdir.
O, 1980–1986-cı illərdə Azərbaycan Tibb Universitetində ali tibb təhsili almış, 1986–1987-ci illərdə Respublika Uşaq Xəstəxanasında pediatriya ixtisası üzrə internatura keçmişdir.
Peşəkar fəaliyyətinə 1987-ci ildən başlayan Kamal Rəhimov müxtəlif illərdə səhiyyə müəssisələrində pediatr, baş həkim, baş uşaq həkimi və şöbə müdiri vəzifələrində çalışmışdır.
Həkim fəaliyyəti ərzində uşaqlarda müxtəlif xəstəliklərin diaqnostikası və müalicəsi istiqamətində ixtisaslaşıb. Onun fəaliyyət sahələrinə yuxarı tənəffüs yollarının iltihabi xəstəlikləri, kəskin respirator virus infeksiyaları, bronxit, pnevmoniya, mədə-bağırsaq sistemi xəstəlikləri və helmintozlar daxildir.
2010-cu ildən etibarən Artromed Tibb Mərkəzində pediatr kimi fəaliyyət göstərən Kamal Rəhimov 2013–2015-ci illərdə müəssisədə baş həkim vəzifəsini də icra etmişdir.
Peşəkar fəaliyyəti, uzunillik təcrübəsi və pediatriya sahəsindəki ixtisaslaşması ilə Kamal Rəhimov uşaqların sağlamlığının qorunması və müalicəsinə töhfə verən mütəxəssislərdən biridir.
Hal-hazırda Artromed Tibb Mərkəzinin Baş Həkim müavini vəzifəsində calışır.
Ünvan: Artromed Tibb Mərkəzi
Xətai ray, Əhmədli qəs, Gəncə pr 34
Əlaqə: +994 50 335 41 11
+994 70 240 05 25
TREND
- Dövlət qurumları üçün yeni qaydalar təsdiqlənib
- “ASAN xidmət”in və BMT-nin sammitində liderlik və regional idarəetmə həlləri diqqət mərkəzindədir
- Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır
- Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
- CineMastercard-da Meryem Uzerli ilə «İmroz’da Bahar» filmin təqdimatı keçirilib
- “Azərbaycan mediasının Vətən müharibəsi salnaməsi” mövzusunda dəyirmi masa keçirilib
- Fərid Zeynalov bu şəxsə YÜKSƏK VƏZİFƏ VERDİ
- DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib


