“Kadastr” ifadəsi latın sözü olan “capitastrum” sözündən əmələ gəlib və “əşyaların siyahıya alınması” mənasını verir. Kadastr işlərinin tarixi dünyada çox qədim dövrə təsadüf edir.
Torpağın becərilməsi, insanlar arasında əşya mübadiləsi, əmlak alqı-satqısı, müxtəlif cür vergilərin meydana gəlməsi tarixi elə kadastr işlərinin başlanğıcına dəlalət edən hadisələrdəndir.
Azərbaycanda müxtəlif icra hakimiyyəti orqanları tərəfindən bir sıra sahəvi kadastrlar həyata keçirilir: daşınmaz əmlakın kadastrı, torpaq kadastrı, su kadastrı, meşə kadastrı, şəhərsalma kadastrı, faydalı qazıntı yataq və təzahürlərinin kadastrı və s.


