Oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Çempionlar Liqası matçında “Sabah” futbol klubunun növbəti qarşılaşması ilə əlaqədar Bakı metropolitenində xüsusi iş rejimi tətbiq olunacaq.
Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, stadionun yaxınlığında yerləşən “Koroğlu” stansiyasına əlavə işçi qüvvəsi cəlb ediləcək və nəzarət gücləndiriləcək. Ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq. “Yaşıl” və “bənövşəyi” xətlər üzrə qatarların hərəkət qrafiki dəyişdirilməyəcək.
Qeyd edək ki, “Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində Dortmund “Borussiya”sına qarşı oyunu bu gün Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
TREND
- Meyxanaçı vəfat etdi
- Vəzifəli şəxs Şamaxıdakı evində ölü tapıldı
- “Çıraq Palace”da qonaqlara süni kürü “qırmızı kürü” adı ilə təqdim ediblər – VİDEO
- Azərbaycanda dövlət qurumlarını hədəf alan kiberhücumların məqsədi açıqlanıb
- Hərbi xidmət əleyhinə olan inzibati xətalar üzrə prokuror nəzarəti gücləndirilir
- Zabit, gizir, miçman və MAXE-nin məsuliyyəti artırılır
- Böyük Qayıdış və Zəngilanın yenidən dirçəldilməsi
- Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi


