Kataloniyalı şair Joan Marqarit 82 yaşında vəfat edib.
BAKU.NEWS xəbər verir ki, yazıçı İspaniyanın Kataloniya muxtar vilayətinin San-Just-Desvern yaşayış məntəqəsində ölüb.
Məlumata görə, bir il öncə J.Marqaritdə ciddi xəstəlik aşkarlanmışdı. Joan Marqarit 1938-ci ildə Kataloniyanın Sanauja bələdiyyəsində anadan olub. Çoxsaylı mükafatların sahibidir. 2019-cu ildə şair İspaniyanın iber-amerikan poeziyası üzrə Kraliça Sofiya mükafatına və nüfuzlu Migel de Servantes mükafatına layiq görülüb.


