Salyan Boks İdman Məktəbinin zalının döşəməsi ilə bağlı məsələ öz həllini tapdı
Salyan şəhəri, M.Ə.Sabir küçəsi ev 3, mənzil 6 ünvanında yaşayan Quliyev Fəxrəddin Aydın oğlu məşqçisi olduğu Boks İdman Məktəbinin zalının döşəməsi üçün xüsusi örtüyün alınmasında köməklik göstərməyimi xahiş etmişdi.
Təbii olaraq idmanın inkişafı ilə bağlı məsələyə biganə qala bilməzdim. Heç bir ay keçməmiş Boks zalının döşəməsi üçün xüsusi yumşaq örtüklər aldım və Salyan rayonundan olan uşaq və yeniyetmələrin məşq etdiyi Boks İdman Məktəbinin zalı tam döşəndi. Bununla da rayonda idmanın inkişafına və idmançılarımızın yeni-yeni nailiyyətlər qazanmasına töhfə vermiş oldum.
Millət vəkili
Jalə Əhmədova










