Xilasedicilər İtaliyanın Krotone şəhəri yaxınlığında dənizdə batan 58 qeyri-qanuni miqrantın cəsədini aşkar ediblər.
BAKU.NEWS’un əldə etdiyi məlumata görə, qeyd olunur ki, miqrantlar balıqçı gəmisində İtaliyanın cənub sahillərinə doğru hərəkət ediblər.
Qayıqda 180 nəfər olub, onlardan 50-yə yaxın insan xilas edilib. Digər miqrantlar isə itkin düşüblər.
Xilasedicilər gəminin batması nəticəsində ölənlərin sayının artacağını istisna etmirlər.
Mənbə: İnterfax.ru

