Türkiyə Super Liqasının XXVII turunda keçiriləcək “Fənərbağça” – “Beşiktaş” matçına qonaq komandanın azarkeşləri buraxılmayacaq.
BAKU.NEWS xəbər verir ki, bu qərar təhlükəsizlik tədbirləri çərçivəsində qəbul edilib. İstanbul derbisində “Beşiktaş” azarkeşləri üçün nəzərdə tutulan biletlər də ev sahibi komandanın fanatlarına satılacaq.
Aprelin 2-də keçiriləcək “Fənərbağça” – “Beşiktaş” matçı Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Mənbə: “Fotomaç”


