İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 min 25 nəfər yoluxub.
BAKU.NEWS xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, yoluxma hallarından 5-i yeni aşkarlanan “delta” ştammına aid “AY4.2” variantıdır.
Bildirilir ki, ölkədə koronavirusa yoluxanların sayı 1 milyon 320 min 884 nəfərə çatıb. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 8 min 35 nəfəri ölüb, 1 milyon 298 min 172 nəfəri isə sağalıb. Aktiv xəstələrin sayı 14 min 677 nəfər təşkil edir.


