Millət vəkili Azər Allahverənov Parlamentin iclasında bir sıra məsələləri qaldırıb.
Baku.News xəbər verir ki, ötən gün keçirilən Milli Məclisin plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü il üzrə illik məlumatı ilə bağlı çıxış edən millət vəkili bu sənədi yüksək dəyərləndirdiyini və bu səbəbdən dəstəkləyəcəyini qeyd edib.
Eyni zamanda çıxış edərkən aşağıdakı məqamlara diqqət yetirilib:
1. Beynəlxalq tərəfdaşlarla sıx əlaqələrə malik olan İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi bu müstəviyə həm də milli QHT-lərin fəal surətdə daşınması, onların beynəlxalq müstəvilərdə təmsil olunması üçün mövcud imkanları dəyərləndirməli və bu tərəfdaşlığın geniş şəkildə qurulması üçün dəstək olmalıdır;
2. İnsal alveri ilə mübarizə sahəsində fəaliyyət göstərən QHT-lərin layihələrinə dəstək göstərən əsas milli donor QHT-lərə Dövlət Dsətəyi Agentliyidir. Amma qrant vəsaiti verən digər dövlət qurumları da bu prosesdə iştirak etməli, insan alveri ilə mübarizə sahəsində il ərzində qrant müsabiqələri keçirməlidirlər.
3. Maarifləndirmə tədbirləri zamanı videoməhsullardan (çarxlar, sənədli filmlər, səhnlə.dirilmiş tamaşalar və s.) geniş istifadə olunmalıdır.
4. İnsan alveri ilə mübarizə üzrə QHT Koalisiyasının fəaliyyəti geniş şəkildə dəstəklənməlidir.



