İndoneziyanın Sulavesi adasında 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
BAKU.NEWS xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələlərin episentri Palu şəhərindən 101 km cənub-şərqdə yerləşib. Orada 282 minə yaxın insan yaşayır. Zəlzələ ocağı 12 km dərinlikdə yerləşib.
Qurbanlar və dağıntılar barədə hələlik məlumat yoxdur.


