Paris Prokurorluğu sahibkar İlon Mask və onun “X” şirkətinə qarşı ilkin araşdırmaya başlayıb.
Bu barədə “Le Monde” qəzeti mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, bu qərar Mask aprelin 20-də dindirməyə gəlmədikdən sonra qəbul edilib. Araşdırma həmçinin “X”in sabiq baş direktoru Linda Yakkarinoya qarşı da başlanılıb.
Daha əvvəl prokurorluq Avropol və Fransa jandarmının kibercinayətkarlıqla mübarizə bölməsi ilə birgə “X” şirkətinin Fransadakı ofislərində axtarışlar aparıb. Bu, alqoritmlərinin fəaliyyətindən edilən şikayətlərdən sonra 2025-ci ilin yanvarında sosial şəbəkəyə və İlon Maska qarşı başlanmış araşdırma ilə əlaqədar idi. Həmçinin, quraşdırılmış “Grok” çat-botunun Holokostun inkarı ilə bağlı materiallar və süni şəkildə yaradılmış intim xarakterli təsvirlər yayımlamasına dair şikayətlər də buna səbəb olub. (Report)
TREND
- “Qeyd-Sosial Maarifləndirmə” İB ilə “Loqos” arasında memorandum imzalanıb
- Ədliyyə Nazirliyində peşə bayramı: “Müasir tələblərə uyğun fəaliyyət…”
- Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
- Elçin Babayevin BDU dövrü: Tələbəyə qayğı, şəhid övladlarına diqqət, təhsilə töhfə və yadda qalan təşəbbüslər
- Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
- Sevinc Maniyeva vəfat etdi
- Elçin Babayev Ramiz Mehdiyevin tapşırığı ilə Çexiyada Eldar Həsənovla görüşübmüş – SENSASİYA
- Deputatdan nazirliklərə xəbərdarlıq: “Parlamentdə adlarını çəkəcəyəm”


