Kəndirlə Mübarizə İdmanı Cəmiyyətinin və lNBA Qlobal Azərbaycan birliyinin təşkilatçılığı ilə “ilin yekunları və gələn ilin planları” na həsr olunmuş mətbuat konfrans keçirilib.
Tədbirdə öncə Vətən Müharibəsi Şəhidlərinin və Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.
Sonra Kəndirlə Mübarizə İdmanı Cəmiyyətinin və INBA Qlobal Azərbaycan birliyinin idarə heyətinin sədri Elnur Şıxəliyev hər iki təşkilatının kollektivi adından Müzəffər Ali Baş Komandan Cənab prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib. Daha sonra Elnur Şıxəliyev dinləyicilərə və media nümayəndələrinə hər iki idman təşkilatının 2023 – cü ildə təşkil etdikləri seminarlar, dəyirmi masalar, sosial layihələr, yarışlar və həmçinin iştirak etdikləri beynəlxalq tədbirlər və yarışlar haqqında məlumat verib və 2024-cü ilin təqvim planını təqdim edib. O, çıxışında il ərzində Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş 6 yarış təşkil etdiklərini bildirib.
Sonra INBA Qlobal Azərbaycan və Kəndirlə Mübarizə İdmanı Cəmiyyətinin idarə heyətinin qərarına əsasən il ərzində qazandıqları uğurlara görə bir qrup üzvlərə sertifikatlar təqdim olunub.
INBA Qlobal Azərbaycan birliyinin idarə heyətinin qərarına əsasən
Nihat Qaracayev “İlin atleti”
Vurğun Mütəllimov “İlin məşqçisi”
Taleh Məhərrəmov paralimpiya üzrə “İlin məşqçisi”
Rövşən Quliyev “İlin hakimi”
Ağa Ağayev “İlin ən fəal üzvü”
Kəndirlə Mübarizə İdmanı Cəmiyyətinin idarə heyətinin qərarı ilə isə
Elitar Gimnaziyanın komandası “İlin komandası”
İlqar Tağıyev “İlin məşqçisi”
Elşad Sadiqi “İlin hakimi”
Namiq Cəfərov “İlin ən fəal üzvü” adına layiq görülüblər.
Milli Olimpiya Komitəsinin OCEP layihəsi çərçivəsində kəndirlə mübarizə idman növü üzrə keçirilən məktəb birinciliklərində altivlik göstərən 23 nömrəli tam orta məktəbin komandası kubokla mükafatlandırılıb.
Həmçinin INBA Qlobal Azərbaycan birliyinin idarə heyətinin digər qərarına əsasən Rauf Rəsulov birliyin Abşeron rayonu üzrə səlahiyyətli nümayəndəsi təyin olunub.
Kəndirlə Mübarizə İdmanı Cəmiyyətinin idarə heyətinin digər qərarına əsasən Namiq Cəfərov cəmiyyətin baş katibi vəzifəsinə təyin edilib.
Sonda dinləyicilərin sualları cavablandırıb.






















