Prezident İlham Əliyev avqustun 7-də Şəmkir rayonuna səfər edib.
BAKU.NEWS xəbər verir ki, dövlət başçısı Ümummilli Lider Heydər Əliyevin Şəmkir şəhərində ucaldılmış abidəsini ziyarət edib.
Prezidenti İlham Əliyev Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin yeni binasının açılışında iştirak edib.


