Cari ilin ikinci rübü ərzində Energetika Nazirliyi tərəfindən 65 icazə verilib.
Nazirlikdən bildirilib ki, “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) idxalı üzrə 56, ixracı üzrə 5 və tranziti üzrə 3 icazə verilib.
Həmçinin su elektrik stansiyaları və bio kütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500 kilovatdan, digər hallar üzrə isə 150 kilovatdan yuxarı elektrik enerjisinin istehsalı ilə bağlı 1 icazə verilib.
Bu dövrdə bütün icazələrin verilməsi 7 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.
TREND
- Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır
- General Nizami Məmmədov haqda – Yekun qərar verildi
- Prezident mühüm fərman İMZALADI
- Nazirdən 1 ildir pulunu ala bilməyən pambıqçılarla bağlı – AÇIQLAMA
- Tamam Bayatlı BP-dən getdi
- İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
- Mikayıl Cabbarov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- ASAN Xidmətin Xorvatiyada tətbiqi müzakirə olunub


