“Hirkan Milli Parkında ötən gün gecə saatlarından başlayan yanğın hələ də davam edir. Gecə saatları ilə müqayisədə yanğının qarşısı nisbətən alınıb”.
BAKU.NEWS xəbər verir ki, bu barədə ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev bildirib. O qeyd edib ki, dünən gecə saatlarından başlayan yanğın Hirkan Milli Parkının Astara rayonu ərazisində – İranla həmsərhəd hissədə baş verib. Küləyin güclü olması və relyefin mürəkkəb olması əraziyə yanğınsöndürənlər tərəfindən müdaxiləni çox çətinləşdirir. Buna görə də ancaq əl əməyindən istifadə olunur.
“Hirkan Milli Parkını və ərazidə mövcud olan meşə idarəsinin əməkdaşları, FHN-nin yerlıi bölməsi və kənd camaatı da bu tədbirdə iştirak edirlər. Səhər saat 8:30 radələrində əlavə kömək məqsədilə bir qrup heyət də yanğın yerinə göndərilib. Hazırda ərazidə külək azalsa da, hələ də yanğın davam edir”.


