Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə səfərdə olan Estoniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sven Sesterlə görüşüb.
BAKU.NEWS xəbər verir ki, görüşdə Estoniyanın Azərbaycanda müvəqqəti işlər vəkili Andrey Valentinov, Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov və Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əhmədova da iştirak edib.
K.Sevinc


