Azərbaycan Həndbol Federasiyası uzun illərdir maddi-texniki bazası olan “Abu Arena”dan çıxarılıb.
Bundan sonra binanın özəl əsaslarla fəaliyyət göstərməsi nəzərdə tutulur. Arena ərazisinin tennis kortuna çevrilməsi məsələsi də gündəmdədir.
Belə ki, binanın boşaldılması ilə bağlı Azərbaycan Həndbol Federasiyasına xəbərdarlıq edilib və bundan sonra qurum oranı tərk edib.
Məlumat üçün bildirək ki, Federasiya illərlə bu binadan icarə əsasında istifadə edib. Belə ki, 2004-cü ildə istifadəyə verilən arena uzun illər ərzində həndbol yarışlarının, məşqlərin və müxtəlif yaş qrupları üzrə turnirlərin keçirildiyi əsas məkanlardan biri olub. Bu səbəbdən sözügedən qərar Azərbaycan Həndbol Federasiyasının ciddi narazılığına səbəb olub. (Qafqazinfo)
TREND
- “Turan Tovuz” “Fənərbağça”ya məğlub oldu
- Sahibə Qafarova Tanzaniyaya gedib
- Bakıda DÇ başlayır
- İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək
- Neftçalada Kürün qədim ana yatağının izləri üzə çıxıb
- Daşkənddə III Türkdilli Dövlətlər Kardioloqları Qurultayının rəsmi açılışı keçirilib
- Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək
- Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb


