Gecə yarısına yaxın HƏMAS-ın döyüş qanadının mətbuat katibi Əbu-Obayda “Əl-Qəssam briqadası” komandanlığı adından İsrail hökumətinə növbəti ultimatum irəli sürüb.
Bu barədə BAKU.NEWS TASS-a istinadən xəbər verir.
O, Əl-Aksa məscidini mühasirədən çıxarılmasını tələb edib:
“Əgər bu tələb yerinə yetirilməsə, HƏMAS-ın cavabı yaxın iki saat ərzində olacaq”.
Bu, təşkilatın son sutka ərzində İsrailə irəli sürdüyü ikinci ultimatumdur. Mayın 10-da günorta təşkilat polis və ordunu Şeyx Cərrah və Məbəd dağı ərazisindən çıxarmağı tələb edib.
Müddət başa çatdıqda Qüds raket atəşinə tutulub, Qərbi Negevin yaşayış məntəqələrinə doğru raketlər buraxılıb.


