Azərbaycanda hakimlərin sayı azdır. Avropada hakimlərin orta sayı 20-22 olduğu halda, ölkəmizdə bu rəqəm 5-dir. Məhkəmə sistemində mütəmadi olaraq islahatlar həyata keçirilir. Hakimlərin sayının artırılması məhkəmə sistemində icraatın səmərəliliyinin yüksəldilməsinə, operativliyə, işin keyfiyyətinin yaxşılaşdırılmasına kömək edəcək.
Bu fikirləri Azərbaycan Respublikasının Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 1-də keçirilən iclasında səsləndirib.
O diqqətə çatdırıb ki, hakimlərin seçilməsi məsələsi hazırda 1 il müddətinə müəyyən edilir. Seçim prosesində mərhələlər azaldılsa da, peşəkarlığa xüsusi önəm verilir.


